AZ

“Güc sahibi ölkələr artıq digər dövlətlərə qarşı öz iradələrini daha asanlıqla tətbiq edə bilirlər”

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

“ABŞ-ın son dövrlərdə atdığı addımlar və nümayiş etdirdiyi siyasət dünya nizamında yeni bir mərhələnin başlandığını göstərir. Bu mərhələ artıq İkinci Dünya Müharibəsinin nəticələrinə əsaslanan və qlobal təhlükəsizliyin qarşılıqlı öhdəliklər üzərində qurulduğu sistemdən fərqlənir”.Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Milli QHT Forumu İdarə Heyətinin üzvü, siyasi şərhçi Zaur İbrahimli deyib. O bildirib ki, milli suverenlik anlayışı daha çox BMT nizamnaməsi və beynəlxalq hüquq prinsipləri ilə deyil, böyük dövlətlərin siyasi və hərbi təminatları ilə müəyyən olunur:“ABŞ-ın son davranışları göstərdi ki, qlobal təhlükəsizlik məsələlərinin BMT çərçivəsində müzakirəsi və kollektiv qərarların qəbulu mexanizmi ciddi şəkildə zədələnib. Bu isə o deməkdir ki, güc sahibi ölkələr artıq digər dövlətlərə qarşı öz iradələrini daha asanlıqla tətbiq edə bilirlər, və bu prosesə mane olacaq real beynəlxalq mexanizm demək olar ki, qalmayıb. Bu vəziyyət digər böyük güclərə də eyni modeli tətbiq etmək imkanı verir. Yəni, istənilən güclü dövlət "milli təhlükəsizlik" bəhanəsi ilə başqa bir ölkəyə qarşı hərbi əməliyyat apara bilər və bunun qarşısını alacaq təsirli beynəlxalq hüquqi mexanizm mövcud deyil. Çünki belə bir presedenti elə ABŞ özü yaradıb və özünə qarşı bu cür mexanizmlərin işləmədiyini nümayiş etdirib”.O deyib ki, bu baxımdan ABŞ-ın addımları təhlükəli presedent yaradır:“Gözlənilir ki, bu siyasət davam edəcək. Məsələn, ABŞ-ın Venesueladan sonra Kolumbiyanı hədəf seçə biləcəyi ehtimal olunur. Eyni zamanda ABŞ-ın Panama kanalını da tam nəzarətə keçirmək istədiyi bildirilir. Bu məsələni keçmiş prezident Donald Trump dəfələrlə açıq şəkildə dilə gətirib. Beləliklə, ABŞ-ın davranışları beynəlxalq münasibətlərdə ciddi qayda pozuntusu yaradır və gələcəkdə digər güclü dövlətlərin də oxşar addımlar atmasına zəmin hazırlayır. Bu isə dünyada təhlükəsizliyin kollektiv əsasda deyil, güc balansına söykənərək müəyyən olunacağı yeni bir dövrün başlanğıcı ola bilər”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
demokrat.az

1Mənbələr