ain.az, Avtosfer saytına istinadən bildirir.
Sərxoş vəziyyətdə yaxalanan qadın sürücü cərimələnməmək üçün polislərə yalvarıb. Avtosfer.az xəbər verir ki, Türkiyənin Bursa bölgəsində baş verən hadisə kameraya düşüb.
Belə ki, Bursa Vilayət Polis İdarəsinin Yol Polisi Şöbəsinin əməkdaşları Osmanqazi rayonunun mərkəzindəki Altıbarmaq məhəlləsində keçirdikləri reyd zamanı şüphələndikləri bir avtomobili saxlayıblar. Sürücünün F.M. adlı qadın olduğu müəyyən edilib. Yol polisi onun avtomobildən enməsini istəsə də, qadın etiraz edərək “Ərim gələnə qədər maşından düşməyəcəyəm” - deyib.
Bir müddət polisə əməkdaşının səbrini imtahana çəkən qadın sonunda alkotesterə üfləməyə razılaşıb.
Yoxlama zamanı qadın sürücünün 1,45 promil sərxoş olduğu müəyyən olub. Bundan sonra qadın “Xahiş edirəm məni buraxın, heç bir tədbir görməyin. İlk dəfədir ki, sərxoş vəziyyətdə maşın sürürəm" deyərək polis əməkdaşlarına yalvarıb.
Sonda əməkdaş onu sərxoş vəziyyətdə maşın sürdüyünə görə 500 manat cərimələyib, bundan başqa sürücülük vəsiqəsi də 6 aylığına əlindən alınıb.
Sözügedən reydən olan həmin anların anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Oxunub 18
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.