İranın devrilmiş şah ailəsinin nümayəndəsi Rza Pəhləvi ABŞ prezidenti Donald Trampa müraciət edərək İranda baş verən etirazlarla bağlı ondan “kömək” istəyib.
NOCOMMENT.az xəbər verir ki, Pəhləvi bu barədə X sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, insanları azadlıqları uğrunda mübarizə aparmaq və say üstünlüyü ilə təhlükəsizlik qüvvələrinə qarşı çıxmaq üçün küçələrə çağırıb və etirazçılar ötən gecə bu çağırışa cavab veriblər. Pəhləvinin sözlərinə görə, Trampın mövcud İran hakimiyyətinə ünvanlanan hədələri də rejimin güc strukturlarının sərt addımlar atmasının qarşısını alıb.
“Zaman həlledici əhəmiyyət daşıyır. Bir saatdan sonra insanlar yenidən küçələrə çıxacaqlar. Sizdən kömək istəyirəm. Siz sübut etmisiniz – və mən bunu bilirəm – ki, siz sülh tərəfdarı və sözünün sahibi olan bir insansınız. Xahiş edirəm, İran xalqına kömək etmək üçün müdaxiləyə hazır olun”, – deyə Rza Pəhləvi paylaşımında qeyd edib.
Sara