AZ

ABŞ Rusiya “kölgə donanması”na məxsus tankeri BELƏ ələ keçirib – ŞOK ANLAR

ABŞ “kölgə donanması” adlandırılan Rusiya tanker donanmasına qarşı növbəti əməliyyat həyata keçirib.

KONKRET.az xəbər verir ki, Olina adlı tanker Karib dənizində, Trinidad sahillərinə yaxın ərazidə saxlanılıb.

Bildirilir ki, gəmi əvvəllər Timor-Leste bayrağı altında üzürmüş. Mənbələrin sözlərinə görə, bu, son həftələr ərzində ABŞ tərəfindən həyata keçirilən artıq beşinci oxşar ələ keçirmə hadisəsidir. Bu addımlar Vaşinqtonun Venesuela neftinin ixracına nəzarəti gücləndirmək siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) məlumatına əsasən, Olina tankeri eyni zamanda sanksiyalardan yan keçməklə Rusiya neftinin daşınmasında da istifadə olunub.

Hadisə ABŞ-ın Rusiya və onun müttəfiqlərinin enerji ixracına qarşı təzyiqləri artırdığı bir dövrdə baş verib və bölgədəki gərginliyi daha da yüksəldib.

Natiq Səlim,
KONKRET.az

Seçilən
62
2
konkret.az

3Mənbələr