Kaliforniyada “tüklü işğalçı” problemi: 37 gün ayıyla yaşayan kişi onu peyntbolla qovdu
İnterpress.az xəbər verir ki, ABŞ-nin Kaliforniya ştatında ev sahibinin başına qeyri-adi hadisə gəlib.
Məlumata görə, Altadena şəhər sakini Ken Consonun evinin zirzəmisində nəhəng ayı məskunlaşıb. Ev sahibi ötən ilin noyabr ayından bəri bu “çağırılmamış qonaq”la məcburi şəkildə birgə yaşamaq məcburiyyətində qalıb.
Əvvəlcə Vəhşi Təbiət Departamenti tələ quraraq kömək edəcəyini vəd etsə də, əməliyyat fiasko ilə nəticələnib – tələyə evdəki nəhəng ayı yox, tamamilə başqa, kiçik bir ayı düşüb.
Səlahiyyətlilərin səriştəsizliyindən və ayının 37 gün evdən çıxmamasından bezən Ken qurumu məhkəməyə verməklə hədələyib və işi öz əlinə alıb.
O, sonda peyntbol silahından istifadə edərək ayını qovmağa nail olub.
Xuraman Etibarlı
İnterpress.az