ain.az bildirir, Azvision portalına istinadən.
AzVision.az bu barədə İran mediasına istinadən xəbər verir. O qeyd edib ki, dövlət və ictimai əmlaka ziyan vuran, həmçinin hüquq-mühafizə orqanları ilə qarşıdurmaya girən şəxslər ciddi məsuliyyət daşıyır. Salehi vurğulayıb ki, İran məhkəmə sistemi üçün vətəndaşların təhlükəsizliyinin təmin olunması prioritetdir və belə cinayətlərdə ən ağır cəza tətbiq oluna bilər. İranda etiraz aksiyaları 2025-ci ilin dekabrında milli valyuta – rialın kəskin dəyər itirməsi fonunda başlayıb. Başlanğıcda etirazçılar qiymət artımı və valyuta kursundan narazılıqlarını ifadə edirdilər, lakin bəzi şəhərlərdə aksiyalar polis ilə toqquşmalara çevrilib və siyasi xarakter alıb. Həm hüquq-mühafizə orqanlarının, həm də iğtişaş iştirakçılarının arasında xəsarət alanlar və ölənlər olub. İranın Ali Milli Təhlükəsizlik Şurası iğtişaşların təşkilində ABŞ və İsraili günahlandıraraq xarici müdaxilə olduğunu bildirib. AzVision.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.