AZ

Dələduzluqla üzləşən gənc dostuna xəsarət yetirdi TƏFƏRRÜAT

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakının Nəsimi rayonunda iki nəfər arasında yaranan mübahisə cinayətlə nəticələnib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, Şamaxı rayon sakini, 1997-ci il təvəllüdlü Sərvər “Toyota Aqua” markalı avtomobilin içərisində əvvəllər tanıdığı Zamiq (adlar şərtidir – red.) ilə mübahisə edib. 

Şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı Zamiqin baş və boyun nahiyələrinə əl, həmçinin baş zərbələri ilə vurub. Hadisəni törədən Sərvərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Sərvər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Zamiqi təxminən 2 ildir tanıyır: “Onunla dostluq münasibətlərimiz olub. Təxminən 3 ay bundan əvvəl mənə bildirdi ki, tanışı məni Dövlət Sosial Müdafiə Fonduna sürücü vəzifəsinə işə düzəldə bilər. Mən də bu səbəbdən onun tanışına 1400 manat verdim. Həmin iş alınmadığından ondan pulumu istədim. O, müxtəlif vədlər verərək məni aldatdı, daha sonra onunla əlaqəm olmadı”.Təqsirləndirilən şəxs bildirib ki, həmin şəxslə onu Zamiq tanış etdiyi bu səbəbdən ziyan çəkdiyini bildirsə də, o, bu məsələdə kömək edə bilməyəcəyini bildirib: “Daha sonra Zamiqin haqqımda müxtəlif yerlərdə qeyri-etik tərzdə sözlər işlətdiyini öyrəndim. Bu səbəbdən hadisə günü, axşam saat 19:30-da məsələni aydınlaşdırmaq məqsədi ilə onu görüşə çağırdım. Orada olarkən mənə məxsus avtomobilə əyləşdik. Zamiqdən haqqımda başqa yerlərdə qeyri-etik ifadələr işlədib-işlətmədiyini soruşdum. O, həmin sözləri işlətdiyini təsdiqlədiyi və orada olan zaman da nalayiq ifadələr işlətdi. Buna görə də əsəbləşdim və onunla aramızda mübahisə başladı. Zamiq mənə əl atmaq istəyərkən onu qabaqladım və boynundan tutaraq onun burun nahiyəsinə 1 dəfə başım ilə vurdum”. 

Bu cinayət işinə Nəsimi Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıb. Bu səbəbdən də Sərvərin barəsində olan cinayət təqibinə xitam verilib. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən o, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
demokrat.az

1Mənbələr