AZ

Məmurların fəaliyyəti etimada zərbə vurur və ictimai narazılığa səbəb olur AÇIQLAMA

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"2026-cı ildə Azərbaycanın daxili və xarici siyasəti konkret istiqamətlər üzrə formalaşacaq. Bu istiqamətlər ölkənin milli təhlükəsizlik və ümumi inkişaf maraqlarına əsaslanacaq. Həm regional, həm də qlobal səviyyədə baş verən proseslər nəzərə alınmaqla, Azərbaycanın siyasət kursu ötən illərdə formalaşmış strateji xəttin davamı kimi müəyyənləşdiriləcək". Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib. O, bildirib ki, böyük ehtimalla, 2026-cı ildə ölkənin daxili və xarici siyasətində radikal dəyişikliklər, geriyə dönüşlər və ya mövcud siyasi kursdan imtina baş verməyəcək:"Hazırkı siyasət Azərbaycan dövlətinin milli maraqlarına və beynəlxalq vəziyyətə uyğun şəkildə qurulub. Xarici siyasətdə prioritet istiqamətlər qlobal reallıqlara əsaslanacaq. Buraya beynəlxalq təşkilatlar qarşısında öhdəliklərin yerinə yetirilməsi, beynəlxalq hüququn imkanlarından istifadə, regional və qlobal səviyyədə ikitərəfli və çoxtərəfli əməkdaşlıqların dərinləşdirilməsi daxildir".Ekspert bildirib ki, Azərbaycan yeni müttəfiqlərin axtarışını davam etdirəcək, zəif əməkdaşlıq əlaqələrini gücləndirəcək və diplomatik fəaliyyətin coğrafiyasını genişləndirəcək:"Dünyada artan təhlükələr və qeyri-müəyyənliklər fonunda, ölkənin beynəlxalq mövqeyi yeni şərtlərə uyğun şəkildə yenidən müəyyənləşdiriləcək. Hazırda bəzi beynəlxalq təşkilatların, o cümlədən BMT-nin fəaliyyəti effektivlik baxımından sual altındadır. ABŞ kimi böyük sponsorların bəzi strukturlardan imtina etməsi bu təşkilatların təsir gücünü zəiflədib. Bu şəraitdə Azərbaycanın xarici siyasəti daha çox regional və ikitərəfli, eləcə də üçtərəfli əməkdaşlıq formatlarına yönələcək. Mövcud geosiyasi reallıqlar bunu zəruri edir".Onun sözlərinə görə, daxili siyasətdə isə sabitliyin qorunması əsas prioritet olaraq qalacaq:"Ən mühüm məsələlərdən biri cəmiyyətlə hakimiyyət arasında qarşılıqlı etimadın möhkəmləndirilməsidir. Bəzi hallarda məmurların fəaliyyəti bu etimada zərbə vurur və ictimai narazılığa səbəb olur. Buna görə də dövlət idarəetməsində məmur məsuliyyətinin artırılması və cəmiyyətin maraqlarına daha həssas yanaşılması vacibdir. Nəticə etibarilə, 2026-cı ildə Azərbaycanın daxili və xarici siyasəti daha məqsədyönlü, balanslı və milli maraqlara əsaslanan xətt üzrə inkişaf edəcək".Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
demokrat.az

1Mənbələr