AZ

Məşhur uşaq qidası məhsullarını geri çağırdı: Uşaqların sağlamlığı təhlükədədir?

ain.az, Demokrat.az saytına istinadən bildirir.

“"Nestle" şirkəti tərəfindən körpə və azyaşlılar üçün nəzərdə tutulmuş bəzi qida məhsullarının ehtiyat tədbiri olaraq geri çağırılması barədə qərar qəbul edilməsinə səbəb “bacillus cereus” adlı bir bakteriyadır. Bu bakteriya öz ifraz etdiyi serulik toksini vasitəsilə təsir göstərir”.Bunu Demokrat.az-a açıqlamasında tibb eksperti Rasif Bağırov deyib. O, bildirib ki, xoşbəxtlikdən, bu toksinin meydana çıxması ilə “Nestlé” kimi ciddi firma şübhəli məhsulları geri çağıraraq insanların sağlamlığına ziyan gəlməsinin qarşısını alır:“Adətən bu bakteriya və toksin ev şəraitində, misal üçün, makaron, kartof və digər yeməklər uzun müddət otaq temperaturunda saxlanıldığı zaman əmələ gəlir. Toksin yarananda bakteriya özünü serulinik fəaliyyəti ilə göstərir”.Ekspert bildirib ki, toksin bağırsaqda fəaliyyət göstərmir, əsas təsiri mədədən başlayır:“Mədənin divarlarında yerləşən vagus siniri var ki, Azərbaycanda buna “azan siniri” deyilir, qıcıqlanır və qusma mərkəzini təsir edir. Nəticədə, bu tip qidanı qəbul edən uşaqlar və xəstələrdə 6 saat ərzində güclü qusma müşahidə olunur. Qusma zamanı mədə əzələlərində spazmlar və ağrılar yaranır”.Onun sözlərinə görə, bu vəziyyət adətən 24 saat ərzində öz-özünə sağalır və ciddi təhlükə yaratmır:"Bəzən insanlar xəstəyə antibiotik verməyi düşünür, amma bu düzgün deyil. Çünki problem mikrobdan deyil, onun ifraz etdiyi toksindən yaranır. Belə hallarda yalnız maye itkisinin qarşısını almaq, bədən üçün lazım olan mayeləri və elektrolitləri bərpa etmək və qusma əleyhinə dərmanlardan istifadə etmək kifayətdir. Böyük uşaqlarda da bəzən qusma və narahatlıq ola bilər, amma 24 saatdan sonra vəziyyət sakitləşir və tam sağalma baş verir".Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
demokrat.az

1Mənbələr