
N.Azəri deyib ki, proseslərin axarı İranda dəyişikləklərin qaçılmaz olduğunu diqtə edir: “Pproseslərin bundan sonra iki mümkün istiqamətdə inkişaf edəcəyi mümkündür. Birinci yol odur ki, fars-molla rejimi heç olmasa indi ağıllı davranaraq hakimiyyətin dinc yolla ötürülməsinə, ölkədə demokratik seçkilərin keçirilməsinə və idarəetmənin dəyişməsinə şərait yaratsın. Bu halda xalqın səsi ilə seçilmiş prezidentə real səlahiyyətlər verilməli, ölkədə yaşayan bütün xalqların hüquqları nəzərə alınmaqla azad və ədalətli seçkilər keçirilməli, İran demokratik inkişaf yoluna qədəm qoymalıdır. İkinci yol isə daha təhlükəli və fəlakətlidir. Bu yol bəzi xarici və daxili dairələrin Pəhləvi sülaləsinin varisini hakimiyyətə gətirmək planıdır. Bu ssenari həyata keçərsə, İrandakı xalqları, o cümlədən Güney Azərbaycan türklərini daha ağır bir istibdad gözləyir. Hesab edirəm ki, Güney Azərbaycan hər iki ssenariyə hazırlıqlı olmalıdır. Demokratik keçid baş verərsə, xalq seçkilərə hazır olmalı və öz siyasi iradəsini ortaya qoymalıdır. Əgər Pəhləvi ssenarisi işə düşərsə, o zaman Güney Azərbaycan öz liderini müəyyənləşdirərək yeni istibdada qarşı mübarizəyə qalxmalıdır. Təbii ki, indi əsas məsuliyyət həm də uzun illər xarici ölkələrdə Güney Azərbaycan adına ad çıxarmış şəxslərin və təşkilatların üzərinə düşür. Onlar Qərb ölkələrinin rəhbərlərinin qapılarını döyməli, İranda bir Güney Azərbaycan faktorunun olduğunu qlobal gündəmə gətirməlidirlər”.