AZ

Ucarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan məktəb istifadəyə verildi Fotolar

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ucar şəhər 2 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilib.

“Qafqazinfo” xəbər verir ki, təhsil müəssisəsinin 1958-1960-cı illərdə inşa olunan binası ötən müddət ərzində köhnəldiyindən istifadəyə yararsız vəziyyətə düşmüşdü.

Bu səbəbdən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 720 şagirdlik yeni məktəb binasının inşasına başlanılıb. Tikintisi 2025-ci ilin dekabr ayında başa çatan məktəb 3 mərtəbəli və 5 korpusludur.

Təhsil ocağının fənn kabinetləri və laboratoriyaları zəruri mebel və avadanlıqla, əyani vasitələrlə təchiz edilib. Şagird və müəllimlərin istifadəsinə verilən sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, kompüter, hərbi-hazırlıq, tibb, əmək təlimi otaqları, kitabxana, bufet və yeməkxana, akt və idman zalları və açıq idman meydançası tədrisin yüksək səviyyədə keçməsini təmin edəcək. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
24
qafqazinfo.az

10Mənbələr