Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sumqayıt" komandası ilk yoxlama oyununda məğlub olub.
Fanat.Az xəbər verir ki, Saşa İliçin baş məşqçisi olduğu kollektiv Macarıstan təmsilçisi "Pakş"la üz-üzə gəlib.
Qarşılaşma rəqibin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Kimyaçılar"ın qoluna Rüstəm Əhmədzadə imza atıb.
Qeyd edək ki, "Sumqayıt" yanvarın 12-də Serbiyanın OFK (Belqrad), 16-da isə Xorvatiyanın "Osiyek" klubları ilə qarşılaşacaq.