Türk Hava Yolları (THY) Tehran, Təbriz və Məşhədə 17 uçuşu ləğv edib. Bunun ardınca isə "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti Bakı-Tehran-Bakı marşrutu üzrə bu günə planlaşdırılan reysi təxirə salıb. Bundan başqa, ötən gün ABŞ öz vətəndaşlarına İrana səfər etməməyi tövsiyə edib.
Bəs qonşu ölkəni nə gösləyir ki, belə bir qərarlar verilir, çağırışlar edilir?
Redaktor.az-a danışan Milli Məclisin deputatı Azər Badamov vurğuladı ki, İranda ictimai-siyasi həyatda baş verən hadisələr narahatlıq doğurur:
"Ola bilsin ki, bununla bağlı olaraq uçuşlar ləğv olunsun. Hər şeyi zaman göstərər. Biz ayrı bir ölkəyik, qonşuyuq. İranda baş verən hadisələri kənardan izləyirik. Arzulayırıq ki, İran xalqı üçün, İran dövləti üçün narahatlıq doğurucu məqamlar yaranmasın", - deyə millət vəkili qeyd etdi.
Aytəkin TOFİQQIZI