Bakı. Trend:
Zəngilan rayonunun Ağbənd qəsəbəsi ərazisində dövlət sərhədindənyeni modul tipli buraxılış məntəqəsinin tikinti və quraşdırmaişlərinə başlanılır.
Trend-indövlət satınalmalarının vahid internet portalına istinadənməlumatına görə, görüləcək işlər çərçivəsində ərazidə asfalt-betonörtüyü və abadlıq işləri də aparılacaq.
Belə ki, Dövlət Gömrük Komitəsi (DGK) artıq bununla bağlımüvafiq işləri yekunlaşdırıb.
DGK sözügedən işlərin icrasını “Bilgə Qrup” QSC-yə həvalə edb vəmüqavilə bağlayıb.
Müqaviləyə əsasən, QSC-yə 10,1 milyon manat ödənilib.