AZ

“Sumqayıt” Antalyadakı ilk oyunda böyük hesabla uduzub

Bakı, 9 yanvar, AZƏRTAC

Mövsümün ikinci hissəsinə Türkiyənin Antalya şəhərində hazırlaşan "Sumqayıt" qış təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi Macarıstanın "Pakş" kollektivi ilə üz-üzə gəlib. Görüş rəqibin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Sumqayıt” toplanış müddətində növbəti matçlarını yanvarın 12-də Serbiyanın “OFK Belqrad”, 16-da isə Xorvatiyanın “Osiyek” komandalarına qarşı keçirəcək.

Seçilən
18
1
azertag.az

2Mənbələr