AZ

Qonşunun pul və qızılını oğurlayan şəxs saxlanılıb

Nəsimi rayonunda evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları və nağd pul oğurlanıb.

"Yeni Sabah" xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, zərərçəkənin qonşusu 25 yaşlı R.Allahverdiyeva saxlanılıb.

Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs zərərçəkənin evdən çıxarkən qapının üzərində unutduğu açarı gizlicə götürərək özündə saxlayıb. Daha sonra evdə heç kim olmadığı vaxtda mənzilə daxil olaraq oğurluq edib.

Araşdırma davam etdirilir.


Telegram kanalımız
Seçilən
64
4
yenisabah.az

10Mənbələr