AZ

Ötən il elektrik, qaz və istilik sahələrində 1 939 texniki və inzibati yoxlama aparılıb - ETMA

Bakı.Trend:

2025-ci il üzrə istehlakçıların hüquqlarının qorunması,abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı,eləcə də digər məsələlərlə bağlı Enerji Məsələlərini TənzimləməAgentliyinə (EMTA) bilavasitə və Energetika Nazirliyindən 10425müraciət daxil olub.

Trend xəbərverir ki, bu barədə Enerji Məsələlərini Tənzimləmə Agentliyiməlumat yayıb.

Bildirilib ki, elektrik enerjisi təchizatı ilə bağlı 1477-siməlumat üçün olmaqla 8884 müraciət edilib. Təbii qaz təchizatı iləbağlı 129-u məlumat xarakterli olmaqla 1130 müraciət olunub.İstilik təchizatı ilə bağlı 28-i məlumat üçün olmaqla cəmi 232müraciət edilib. Digər məsələlərlə bağlı 15-i məlumat üçün olmaqla179 müraciət göndərilib.

Müraciətlərdən 8174-ü Agentlik tərəfindən araşdırılıb vəcavablandırılıb (147 müraciət müvafiq qaydada baxılması və tədbirgörülməsi üçün aidiyyəti quruma göndərilib), 35 müraciət EnergetikaNazirliyi ilə müştərək icra olunub, 567 müraciət hazırda baxılmaprosesindədir, 1649 məlumat xarakterli müraciətdən 688-i qaldırılanproblemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

Bununla yanaşı, yeni, yenidən qurulan, istifadə olunmasına icazəverilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 180tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçünquraşdırılmış elektrik qurğularına istismara buraxılış aktıverilib. 480 razılaşdırılmış layihəyə əsasən tikintisi başaçatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib. Eynizamanda, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrininiştirakı ilə 187 hesablaşma elektrik sayğacının texniki vəziyyətinəbaxış keçirilib.

Agentliyin səlahiyyətlərinə aid olan Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 668 inzibatixəta haqqında işə baxılıb, onlardan 657 iş üzrə inzibati tənbehvermə haqqında qərar, 10 iş üzrə icraata xitam verilməsi barədəqərar qəbul olunub, 1 iş isə baxılması üçün məhkəməyəgöndərilib.

Həmçinin, elektrik qurğularının texniki istismarı, təhlükəsizliktexnikası qaydalarına əməl olunması və elektrik enerjisindənistifadənin vəziyyətinin araşdırılması məqsədilə 1055 nəzarəttədbiri keçirilib.

İstilik qurğularının texniki istismarı, təhlükəsizlik texnikasıqaydalarına əməl olunması və istilik enerjisindən istifadəninvəziyyətinin araşdırılması məqsədilə 62 nəzarət tədbirikeçirilib.

Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın vəqaz qurğularının etibarlı istismarının, həmçinin digər normativhüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətininaraşdırılması məqsədilə 822 nəzarət tədbiri keçirilib.

Agentlik tərəfindən hesabat dövrü ərzində 288 müəssisədə 731nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarınacavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikasıqaydaları üzrə peşə bilikləri yoxlanılıb, yoxlama nəticəsindəbiliklərin artırılması üzrə təkliflər verilib, bu istiqamətdəmüvafiq şəxslərə metodiki yardım göstərilib.

Məqalədə:
Seçilən
65
1
az.trend.az

2Mənbələr