AZ

“Sumqayıt” Antalyada darmadağın oldu

Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” ilk yoxlama oyununu keçirib. Msport.az xəbər verir ki, Saşa İliçin rəhbərlik etdiyi komanda Macarıstan təmsilçisi “Pakş”la qarşılaşıb.

Görüş Macarıstan klubunun 5:1 hesablı qələbəsi ilə başa çatıb.

“Sumqayıt”ın yeganə qolunu 40-cı dəqiqədə Rüstəm Əhmədzadə vurub.

Qeyd edək ki, “gənclik şəhəri” təmsilçisi Türkiyədə daha 2 yoxlama oyununa çıxacaq. Komanda yanvarın 12-də Serbiyanın OFK, 16-da isə Xorvatiyanın “Osiyek” klubu ilə üz-üzə gələcək.

Seçilən
55
1
msport.az

1Mənbələr