AZ

Türkiyə Suriyada terrorçulara qarşı hərbi əməliyyat keçirəcək? AÇIQLAMA

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Suriyanın mərkəzi hökuməti Əhməd Əş-Şəraanın rəhbərliyi altında ölkənin ərazi bütövlüyünü unitar quruluş əsasında bərpa etməyə çalışdığı bir mərhələdə Türkiyənin bu prosesə dəstəyi davam edir. Əhməd əş-Şəraa hökuməti Türkiyə tərəfindən hərbi, siyasi və hüquqi baxımdan dəstəklənir".

Bu sözləri Oxu.Az-a açıqlamasında türkiyəli beynəlxalq münasibətlər üzrə şərhçi İsmail Cingöz deyib.

O bildirib ki, hazırda Suriyanın şimal-şərq bölgəsində PKK-nın Suriya qolu olan PYD/YPG-yə qarşı bir əməliyyat başlanılıb:

"Bu əməliyyatın başlanmasına səbəb PYD/YPG-nin inteqrasiya prosesi çərçivəsində verdiyi vədləri yerinə yetirməməsidir. Türkiyə isə bu əməliyyatı siyasi olaraq dəstəklədiyini bəyan edib. Türkiyənin rəsmi qərarverici orqanlarının açıqlamalarına əsasən, Əhməd əş-Şaraa hökumətinin tələbləri qiymətləndirildikdən sonra Türkiyə tərəfindən kəşfiyyat, hava dəstəyi və digər sahələrdə lazımi kömək göstəriləcək. Ortaq hədəf olaraq Suriyanın ərazi bütövlüyünün təmin olunması məqsədilə hərbi və siyasi dəstək veriləcəyi açıqlanıb".

"Hazırda Türkiyə birbaşa Əhməd əş-Şaraa hökumətinin ordusu ilə birlikdə PYD/YPG-yə qarşı hərbi əməliyyatda iştirak etmir. Lakin PYD/YPG-nin Suriyadakı türk hərbi qüvvələrinə qarşı hücum və ya təxribat ehtimalına qarşı Türkiyə ordusu hazır vəziyyətdədir. Əgər hərbçilərimizə qarşı hücum olarsa, beynəlxalq hüquq çərçivəsində Türkiyə buna cavab verəcək. Qarşıdakı günlərdə Suriyanın ərazi bütövlüyünün qorunması istiqamətində terror təşkilatı PKK-nın silahı yerə qoyması prosesi ilə paralel şəkildə Suriya hökumətinə inteqrasiyası izlənilir. Türkiyə öz milli təhlükəsizliyi baxımından yaranacaq istənilən təhdidə qarşı cavab vermək gücünə, imkan və qabiliyyətə malikdir" - deyə, analitik əlavə edib.

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
oxu.az

1Mənbələr