AZ

İrandakı iğtişaşların arxasında bu iki ölkə dayanır Arakçı

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ və İsrail rəsmən elan ediblər ki, bu iğtişaşlarda onların rolu var.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İranın xarici işlər naziri Abbas Arakçı deyib.

“Onlar çalışırlar ki, dinc etirazları iğtişaşa çevirsinlər. ABŞ və İsrail rəsmilərinin bir çox bəyanatında bunu görə bilərsiniz”, - Arakçı qeyd edib.

Nazirin sözlərinə görə, ABŞ və İsrailin iyun ayında İrana hücumları uğursuzluğa düçar olub:

“Onlar ikinci dəfə belə bir hücum həyata keçirsələr, ikinci dəfə məğlubiyyətə uğrayacaqlar”.

XİN rəhbəri ABŞ və İsrailin İrana hücum ehtimalının olmadığını vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
77
axar.az

1Mənbələr