Rusiya Ukrayna’ya hücumlarını davam etdirir. Rusiya ordusu gecə saatlarında Ukrayna paytaxtı Kievə hava hücumu həyata keçirib.
Kiev Şəhər Hərbi İdarəsinin rəhbəri Timur Tkachenko açıqlamasında 4 nəfərin həyatını itirdiyini, 22 nəfərin yaralandığını bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenskiy isə açıqlamasında deyib:
“Lazımi bütün xidmətlər səfərbər edilib. 20 yaşayış binasında zərər meydana gəlib. Yaşayış binalarından birinə ikinci hücum da təşkil olunub. Bu hücum, ilk hücumdan sonra ilkin müdaxilə komandalarının yardım göstərdiyi vaxt baş verib.”
Zelenskiy bildirib ki, hücumlarda mülki infrastruktur və enerji obyektləri ilə yanaşı, Qətər səfirliyinin binası da pilotsuz uçuş vasitəsi (PUA) ilə hücum nəticəsində zərər görüb. O qeyd edib:
“Qətər, müharibə əsirlərinin və Rusiya həbsxanalarında saxlanılan mülki şəxslərin azad edilməsi üçün Rusiya ilə vasitəçilik etmək üçün çox səylər göstərən bir ölkədir.”