Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dəstəklədiyi Cənub Keçid Şurası (STC) bütün əsas və köməkçi qurumlarını ləğv edib.
Publika.az xəbər verir ki, bu barədə STC-nin vitse-prezidenti Əhməd Səid bin Berik açıqlama yayıb.
O, STC-nin həm ölkə daxili, həm də xaricdəki ofislərinin bağlandığını bildirib.
Berik qeyd edib ki, bu qərar Səudiyyə Ərəbistanında dialoq konfransında iştiraka hazırlıq fonunda qəbul edilib.