1-ci Liqanın lideri "Şəfa" məşqlərini bərpa edib.
Bu barədə Fanat.Az-a Bakı təmsilçisinin baş məşqçisi Elgiz Kərəmli məlumat verib.
O, komandanın dünəndən Bakı Olimpiya Stadionunda bir araya gələrək çalışmalara başladığını bildirib.
Hazırda 1-ci Liqanın turnir cədvəlində 30 xalla 1-ci pillədə qərarlaşan "Şəfa" 2-ci yerdəki "Baku Sportinq"i 5 xal qabaqlayır. Sözügedən kollektiv cari mövsüm çempionatda məğlub olmayıb. Paytaxt klubu artıq ilk transferini də reallaşdırıb. "İmişli"nin hücumçusu İbrahim Əliyev heyətə qatılıb.
Nihat