ABŞ Prezidenti Donald Tramp İranda iqtisadi çətinliklər səbəbindən başlayan və hökumət əleyhinə nümayişlərə çevrilən etirazlar haqqında video paylaşıb.
“Cebheinfo.az”-ın məlumatına görə, Tramp İsrailin 13-cü Kanalı tərəfindən hazırlanan videonu özünün “Truth Social” səhifəsində yerləşdirib.
ABŞ prezidenti öz paylaşımına əlavə etdiyi videoçarxda xəbər süjetlərində istifadə olunan qaydaları təkrarlayıb:
“Bir milyondan çox insan etiraz aksiyası keçirmək üçün küçələrə çıxıb. İranın ikinci ən böyük şəhəri etirazların nəzarəti altındadır və rejim qüvvələri şəhəri tərk edib” - paylaşımda belə deyilir.