AZ

Kommersant: “Tramp SHSM-nin bitəcəyindən narahat deyil”

AzVision.az xəbər verir ki, Rusiyanın “Kommersant” nəşri ABŞ prezidenti Donald Trampın “The New York Times (NYT)” qəzetinə müsahibəsində səsləndirdiyi fikirlərə əsasən belə qənaətə gəlib.

“Donald Trampın “NYT”-yə müsahibəsinin tam versiyası hələ dərc olunmasa da, qəzetin internet saytında yer alan sitatlar göstərir ki, Amerika lideri nüvə silahlarına nəzarət müqaviləsinə təkcə ABŞ və Rusiyanı deyil, həm də nüvə arsenalını sürətlə genişləndirən Çini də daxil etmək istəyir. Yəqin ki, Fransa və Böyük Britaniyanı nəzərdə tutan Tramp “digər oyunçuların” da danışıqlara qoşula biləcəyini ehtimal edib”, - “Kommersant” yazır.

Lakin Çin hakimiyyəti əvvəllər dəfələrlə diqqətə çatdırıb ki, arsenalları onunkundan əhəmiyyətli dərəcədə çox olan ABŞ və Rusiya ilə nüvə silahlarına nəzarət üzrə danışıqlarda iştirak etməkdə heç bir məna görmür. Fransa və Böyük Britaniya da bu cür proseslərə qoşulmaq istəyini sərgiləməyib.

Niyə Trampın Putinə “quşu qonub”?
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə,Rusiyada 4380, ABŞ-də isə 3708 nüvə başlığı var (bu rəqəmlərə istismardan çıxarılan və ya hələ utilizasiya edilməmiş döyüş başlıqları daxil deyil).

Çin nüvə arsenalı ilə bağlı dəqiq məlumat açıqlamır. Pekinin öz arsenalını hamıdan daha sürətlə artırdığını iddia edən SIPRIÇinin döyüş başlıqlarının sayını 500-ə çatdırdığını bildirir. Fransanın təxminən 290, Böyük Britaniyanın isə təxminən 230 nüvə başlığı var.

2025-ci ilin sentyabrında Rusiya prezidenti Vladimir Putin ABŞ-yə“strateji silahlanma yarışının təhrikinin qarşısını alınması və proqnozlaşdırıla biləntəmkinlilik səviyyəsinin təminatı”üçün müddəti başa çatmaqda olan Yeni SHSM-də döyüş başlığı daşıyıcılarının kəmiyyət hədlərini bir il müddətində eyni səviyyədə saxlamaq təklifini vermişdi.

Ondan daha əvvəl, ötən ilin iyununda isə, BMT baş katibinin müavini və tərksilah məsələləri üzrə Ali nümayəndəsiİzumi NakamitsuRusiya və ABŞ-nin strateji sabitlik məsələləri üzrə dialoqa qayıtmalı və 2026-cı ilin fevralında başa çatacaq Strateji Hücum Silahları Müqaviləsini (SHS-3) əvəzləyəcək yeni saziş üzrə danışıqlara mümkün qədər tez başlamalı olduqları zərurətini vurğulamışdı.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
23
1
azvision.az

2Mənbələr