AZ

Kliçko elektrik böhranı ilə bağlı əhaliyə çağırış edib

Bakı. Trend:

Kiyev sakinləri imkan daxilində şəhəri tərk etsinlər.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Kiyevin meri Vitaliy Kliçko öz“Telegram” kanalında yazılı müraciət paylaşıb.

“Paytaxt sakinlərinə müraciət edirəm – kimin imkanı varsaalternativ elektrik enerjisi və istilik təchizatı mənbələrininolduğu yerlərə getsin – bunu edin”, -deyə o yazıb.

Kliçkonun sözlərinə görə, hazırda Kiyevdə çoxmənzilli yaşayışbinalarının təxminən yarısı istilik təchizatından məhrum qalıb.Bundan əlavə, şəhərdə su təchizatında da fasilələr müşahidəolunur.

Mer əlavə edib ki, şəhər hakimiyyəti zədələnmiş infrastrukturubərpa etməyə çalışır, lakin əlverişsiz hava şəraiti kommunalxidmətlərin işini daha da çətinləşdirir.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya ordusunun Ukraynanınstrateji enerji obyektlərinə zərbələri nəticəsində ölkənin bir çoxşəhərlərində o cümlədən Kiyevdə elektrik təchizatının verilişindəciddi problemlərin yaşandığı barədə məlumatlar yayılmışdı.

Məqalədə:
Seçilən
58
az.trend.az

1Mənbələr