AZ

“YarAdam” təqdim olunub

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Yanvarın 8-i Şuşa Dövlət Musiqili Dram Teatrında şair Banu Muharremin "YarAdam" adlı yeni şeir kitabının təqdimatı keçirilib.

525.az xəbər verir ki, təqdimatda Əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid, Xalq artistləri Nurəddin Mehdixanlı, Firəngiz Mütəllimova, Laləzar Mustafayeva, Əməkdar artistlər Azad Şükürov, Elşən Rüstəmov, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru, ədəbiyyatşünas, tənqidçi Seyfəddin Hüseynli, yazıçı İlham Əziz, aktyor Kamran Yunis və başqaları çıxış edərək müəllifi yeni kitabı münasibəti ilə təbrik edib, ona yaradıcılıq uğurları arzulayıblar.

Bədii qiraətçilərin ifasında B.Muharremin şeirləri səsləndirilib, videoçarxlar nümayiş etdirilib.

Qeyd edək ki, “Qanun” nəşriyyatında çap olunan kitaba Xalq şairi Vahid Əziz və şair Ayaz Arabaçı ön söz yazıb.

Kitabda müəllifin oxucular tərəfindən rəğbətlə qarşılanan şeirlərindən əlavə, yeni şeirləri də toplanıb.

“YarAdam” Banu Muharremin oxucularla ikinci görüşüdür. Müəllifin “Şəqaf” adlı ilk kitabı illər öncə məhdud tirajla çap olunub.

Şahanə Müşfiq

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
525.az

1Mənbələr