AZ

Mobil ödənişlərin və rəqəmsal cüzdanların populyarlığının artması bank sektorunun fəaliyyətini necə dəyişəcək?

Bakı, 9 yanvar, AZƏRTAC

Mobil ödənişlərin və rəqəmsal cüzdanların populyarlığının artması bank sektorunun gələcək fəaliyyətinə mənfi təsir göstərməyəcək.

İqtisadçı-ekspert Eldəniz Əmirov AZƏRTAC-a açıqlamasında bildirib ki, mobil ödənişlər və rəqəmsal cüzdanlar məhz bank sektoru tərəfindən yaradılan xidmətlərdir.

Onun sözlərinə görə, banklar öz xidmətlərini diversifikasiya etdikcə, bu xidmətlər mobil ödəniş və rəqəmsal cüzdan formatında təqdim olunur.

Ekspert qeyd edib ki, bu proses bank sektoru üçün hər hansı mənfi dinamika yaratmır: “Əksinə, əlavə maliyyə xidmətlərinin formalaşmasına şərait yaradır və bankların dayanıqlığını daha da gücləndirir”.

Seçilən
24
azertag.az

1Mənbələr