AZ

Türkiyə–Azərbaycan qardaşlığına töhfə verən təhsil xadimi: Mustafa Aydının ad günüdür

Bu gün Türkiyənin tanınmış təhsil xadimi, İstanbul Aydın Universitetinin təsisçisi və Avrasiya Universitetlər Birliyinin sədri professor Mustafa Aydının ad günüdür.

Uzun illərdir təhsil sahəsində həyata keçirdiyi layihələrlə seçilən Mustafa Aydın təkcə Türkiyədə deyil, beynəlxalq aləmdə də nüfuz qazanmış simalardandır. Onun təşəbbüsü və rəhbərliyi ilə İstanbul Aydın Universiteti qısa müddətdə beynəlxalq standartlara cavab verən, müxtəlif ölkələrdən minlərlə tələbəni bir araya gətirən ali təhsil ocağına çevrilib.
Xüsusilə qeyd edilməlidir ki, Mustafa Aydının Azərbaycanla sıx və səmimi əlaqələri mövcuddur. O, hər zaman Azərbaycan–Türkiyə qardaşlığını yalnız sözlə deyil, konkret addımlarla nümayiş etdirən ziyalılardandır. Universitet tərəfindən Azərbaycanın Qazi və Şəhid ailələrinin övladlarına verilən təqaüdlər, eləcə də azərbaycanlı tələbələrə göstərilən xüsusi diqqət və qayğı bunun bariz göstəricisidir.

Bu humanist və qardaşlıq yönümlü yanaşma Mustafa Aydının adını Azərbaycan ictimaiyyətində də hörmətlə xatırlanan şəxsiyyətlər sırasına daxil edib. Onun rəhbərlik etdiyi beynəlxalq platformalar çərçivəsində Azərbaycan universitetləri ilə əməkdaşlığın genişlənməsi də xüsusi əhəmiyyət daşıyır.

Ad günü münasibətilə Mustafa Aydını səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və təhsil sahəsindəki fəaliyyətində yeni uğurlar arzulayırıq. Azərbaycan–Türkiyə qardaşlığının möhkəmlənməsinə verdiyi töhfələrin bundan sonra da davam edəcəyinə inanırıq.

Seçilən
29
editor.az

1Mənbələr