AZ

Xameneyi Trampı İranın işlərinə qarışmamağa çağırıb

ain.az, 525.az portalına istinadən məlumat yayır.

İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xamenei Prezident Donald Trampı ABŞ-ın daxili işləri ilə məşğul olmağa çağırıb.

525.az xəbər verir ki, bu barədə Tehranda əhalinin müxtəlif təbəqələrinin nümayəndələri ilə görüşdə deyib.

"Dünən gecə Tehranda bir qrup vandal ABŞ Prezidentini razı salmaq üçün öz ölkələrinə məxsus bir binanı dağıtdı. Əgər o, buna qadirdirsə, qoy öz ölkəsini idarə etsin", - Xamenei bildirib.

O əlavə edib ki, İran gəncləri istənilən təhdid qarşısında bir olmalıdırlar: "Əziz gənclər! Hazırlığınızı və birliyinizi qoruyun. Vahid millət istənilən düşməni məğlub edəcək".

Əli Xamenei bildirib ki, İslam Respublikası etirazlar qarşısında geri çəkilməyəcək və kimlərinsə xarici güclərə işləməyinə dözməyəcək: 

"Hər kəs bilməlidir ki, İslam Respublikası geri çəkilməyəcək. Xarici qüvvələrə işləyən hər kəs həm xalq, həm də İslam sistemi tərəfindən rədd ediləcək".

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
525.az

1Mənbələr