AZ

Britaniyada X platforması bloklana bilər

London, 9 yanvar, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Kir Starmer İlon Maskın sahibi olduğu X sosial media platformasının ölkə ərazisində bloklana biləcəyini istisna etməyib.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, buna səbəb platformanda qadın və uşaqlarla bağlı seksual xarakterli görüntülərin meydana gəlməsidir.

Məlumata görə, platformanın “Grok” adlı süni intellekt alətindən istifadə edilərək qanunsuz və cəmiyyət üçün qəbuledilməz görüntülər hazırlanıb. Baş nazir bildirib ki, bu cür məzmun qanunsuz və iyrəncdir.

Kir Starmerin sözlərinə görə, media tənzimləyicisi olan “Ofcom”un X platformasına qarşı sərt tədbirlər görməsi üçün hökumətin tam dəstəyi var. “Ofcom”un səlahiyyətlərinə platformanın Böyük Britaniyada faktiki olaraq bloklanması da daxildir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
86
azertag.az

1Mənbələr