Bakı, 9 yanvar, AZƏRTAC
“Ayın qolu” layihəsində dekabr ayının qalibləri müəyyənləşib.
Bu barədə AZƏRTAC-a Peşəkar Futbol Liqasından məlumat verilib.
Münsiflər heyətinin səsinə əsasən, Misli Premyer Liqasında “Kəpəz”in yaponiyalı futbolçusu Ryonosuke Ohori, I Liqada “Şahdağ”da çıxış edən Ruslan Voronsov və II Liqada “Quba” forması geyinən Ramin Məhərrəmov birinci olub.