"Türkiyə Hava Yolları" (THY) və "Ajet" aviaşirkətləri İrana uçuşları ləğv edib.
Publika.az xəbər verir ki, THY-nin bəyanatında İrandakı son hadisələr səbəbindən 9-10 yanvar tarixlərində Tehran, Təbriz və Məşhəd şəhərlərinə planlaşdırılan 17 uçuşun ləğv edildiyi bildirilib.
Həmçinin,"Ajet" də eyni tarixlərdə Tehrana planlaşdırılan 6 uçuş ləğv edib.