Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.
UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Ayntraxt Frankfurt" oyunundan əvvəl rəqib komandanın Bakıda mətbuat konfransı və açıq məşqi təşkil olunmayacaq.
Bu barədə Oxu.Az-a Ağdam təmsilçisinin Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.

O bildirib ki, Bundesliqa təmsilçisi oyuna bir gün qalmış Bakıya gələcək:
"Ayntraxt Frankfurt" komandasının oyundan bir gün əvvəl - yanvarın 20-də axşam saatlarında Azərbaycana gəlməsi nəzərdə tutulub. Qarşılaşma ilə bağlı bütün təşkilati məsələlər UEFA-nın müvafiq reqlament və tələblərinə uyğun şəkildə həyata keçirilir".
Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ayntraxt Frankfurt" oyunu saat 21:45-də start götürəcək.
Murad Nəsimi
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.