İşdən çıxarılan əməkdaş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyini (AYNA) məhkəməyə verib...
Bizimesr.az xəbər verir ki, məhkəməyə müraciət edən əməkdaşın adı açıqlanmır. Keçmiş işçi işdən səbəbsiz yerəçıxarıldığı üçün məhkəməyə müraciət edib. İşin mahiyyəti əmək mübahisəsidir.
Əməkdaş işə yenidən bərpa edilməsini, əmək haqqını tələb edir.
AYNA ilə bağlı qaldırılmış işə 29 yanvar tarixində Nərimanov rayon Məhkəməsində baxılacaq. İş hakim Mehriban Əfəndizadənin icraatındadır. Proses ötən ilin noyabrından başlayıb. Yanvarın 29-u tərəflər arasında 3-cü iclas baş tutacaq.
Qeyd edək ki, AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayevdir.
Qarşı tərəfi dinləməyə hazırıq.
Poliqon.info