AZ

Xameneidən Etirazlara Cavab: “Xarici Təsirlərə Qarşı Dayanmaq Lazımdır”

İranın Ali Lideri Əli Xamenei ölkədə davam edən etirazlara münasibət bildirib.

News365.az-ın məlumatına görə, Xamenei çıxışında vurğulayıb ki, İran xalqı xarici maraqlara xidmət edən qüvvələri qəbul etmir və belə şəxslər cəmiyyət tərəfindən rədd olunur.

O, həmçinin ABŞ Prezidenti Donald Trampı dolayısı ilə hədəf alaraq deyib ki, tarixi təcrübə göstərir ki, despotik rejimlər və güc sahibi liderlər öz zirvəsində süquta uğrayıblar. Xamenei bu mesajla Trampa da eyni aqibətin gözləyə biləcəyini vurğulayıb.

Lider çıxışında daxili sabitliyin qorunmasının vacibliyini qeyd edib və ölkədəki siyasi narazılıqların xarici təsirlərlə əlaqələndirilməməsinin önəmli olduğunu bildirib.

News365.az

Seçilən
74
news365.az

1Mənbələr