2025-ci ildə Naxçıvan Muxtar Republikasında 6 erkən və 1 qohum evliliyin qarşısı alınıb.
Bu barədə APA-nın yerli bürosunun sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, aidiyyəti qurumlarla birgə Şahbuz rayonu Gömür kəndində 1, Sədərək rayonu Sədərək və Dəmirçi kəndlərində 2, Şərur rayonu Aralıq, Qaraburc kəndlərində 2 və Kəngərli rayonu Qarabağlar kəndində isə 1 yetkinlik yaşına çatmayan uşağın toy və nişan mərasimlərinin qarşısı alınıb, valideynlərə qanunamüvafiq izahat verilib. Həmçinin, Sədərək rayonu Dəmirçi kəndində 1 yetkinlik yaşına çatmayan uşağın qohum nikahının qarşısı alınıb.