Bakı. Trend:
Fransada fermerlər Avropa İttifaqı ilə Cənubi Amerika arasında(Merkosur çərçivəsində) mümkün azad ticarət müqaviləsinə etirazolaraq paytaxt Parisin Periferik bulvarını bağlayıblar.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Həmkarlar ittifaqlarının fəalları sütunun önündə traktorları iləmərkəzi yolu zəbt edərək, nəqliyyatın hərəkətini dayandırıblar.
Bir müddətdən sonra etirazçılar traktorları ilə yalnız üç zolağıtutaraq, avtomobillərin qismən hərəkətinə şərait yaradıblar.
Xatırladaq ki, bundan bir gün əvvəl eynilə yunanıstanlıfermerlər mümkün azad ticarət müqaviləsinə etiraz olaraqtraktorları ilə Yunanıstanda aksiyalar keçirmişdilər.