AZ

Moskva: “Tramp rusiyalı dənizçiləri azad edəcək”

AzVision.az xəbər verir ki, Rusiya Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova belə deyib.

“Moskva azad olunmuş vətəndaşların tezliklə geri qayıtmasını təmin etmək üçün təcili olaraq bütün məsələlərin həllinə başlayır. Eyni zamanda, MoskvaABŞ-nin Rusiya vətəndaşlarını azad etmək qərarını alqışlayır və ABŞ administrasiyasına minnətdarlığını bildirir”,- Zaxarova vurğulayıb.

Tramp:“ABŞ bir gündə 4 milyard dollar qazanıb”
Xatırladaq ki, daha əvvəl yanvarın 7-də saxlanılan Rusiyanın “Mariner” tankerində ABŞ tərəfindən əsir götürülən dənizçilərin əksəriyyətinin ukraynalı olduğu bildirilmişdi. Ekipajın 20-si Ukrayna, altısı Gürcüstan, ikisi isə Rusiya vətəndaşıdır.

ABŞ-nin Sahil Mühafizəsi gəminin onun bayrağı altında üzdüyü barədə Qayana hökumətindən təsdiqləyici məlumat ala bilmədikdən sonra dekabr ayında Venesuela sahillərində tankeri təqib etməyə başlayıb.

Amerika təmsilçiləri tankeri kapitanından ABŞ limanına getməsini tələb etsələr də, o, itaətsizlik göstərərək gəmini Atlantik Okeanında neytral sulara yönəldib. Yolda tanker Soçi limanından Rusiya bayrağı altında müvəqqəti qeydiyyat istəyib və buna müsbət cavab alıb. Lakin bu manevr də tankeri ələ keçməkdən xilas edə bilməyib.

Sahil İsgəndərov
AzVision.az

Seçilən
26
1
azvision.az

2Mənbələr