AZ

Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaq anlayışından vahid termin kimi istifadə olunacaq

Bakı. Trend:

Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqanlayışından vahid termin kimi istifadə olunacaq.

Trend xəbər verir ki, bu,Prezident İlham Əliyevin təsdiqlədiyi bir sıra qanunlara ediləndəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, uşaqlarla bağlı qanunvericilikdə terminolojivahidlik təmin edilib. Belə ki, bundan sonra normativ hüquqiaktlarda “valideyn himayəsindən məhrum olmuş uşaq” anlayışındanvahid termin kimi istifadə olunacaq.

Bununla yanaşı, valideyn himayəsindən məhrum olmuş uşaqlarınanlayışı yenidən dəqiqləşdirilib, bu kateqoriyaya aid edilənşəxslərin dairəsi, onların sosial müdafiə, təhsil, tibbi xidmət vədövlət təminatı ilə bağlı hüquqları mövcud qanunvericilikləuyğunlaşdırılıb.

Qəbul edilən dəyişikliklər hüquqi tənzimləmədə vahid yanaşmanınformalaşdırılmasına, normativ aktlar arasında ziddiyyətlərin aradanqaldırılmasına və valideyn himayəsindən məhrum olmuş uşaqlarınhüquqlarının daha effektiv qorunmasına xidmət edir.

Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.

Seçilən
101
1
az.trend.az

2Mənbələr