ain.az bildirir, Axsham.az portalına istinadən.
Türkiyəli müğənni Yıldız Tilbe qatıldığı proqramda uşaq vaxtı gözəl olduğu üçün gözə gəldiyini açıqlayıb.
Axşam.az xəbər verir ki, sənətçi bu səbəbdən balaca olanda başına gələnləri danışıb:
"Məni görən hər kəs "necə də gözəl uşaqdır" deyirdi. Bir gün evimizə gələn qonaq "ay bu qız nə qədər gözəldir" dedi. Balaca idim, qazda qaynayan bir çaydan su üstümə töküldü və yandım. 6 ay xəstəxanada qaldım. Hətta bacı-qardaşlarım ziyarətə gələndə məni tanımayıblar. Həkimlər "yaşamaz" deyiblər, amma yaşamışam. Qaynar çay üzərimə töküldükdən sonra sağ qulağım da eşitmir".
Müğənni bu hadisədən sonra göz dəyməyə daha çox inandığını deyib:
"Buna görə göz dəyməyə çox inanıram. Üzərimdə həmişə çörəkotu gəzdirirəm. Deyirlər ki, çörəkotu gəzdirənə göz dəyməz".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.