AZ

Sahib Paşazadə: Beynəlxalq Muğam Mərkəzinin muzey hissəsi yaxın aylarda turistlər üçün açıq olacaq

Bakı, 9 yanvar, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzinin (BMM) muzey hissəsi yaxın aylarda turistlər üçün açıq elan ediləcək. Muzey bölməsində yerləşdirilən görkəmli muğam ustadlarının büstləri haqqında məlumatlar üç dildə - Azərbaycan, rus və ingilis dillərində ziyarətçilərə təqdim olunacaq.

Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, tarzən, Özbəkistanın mədəniyyət elçisi Sahib Paşazadə deyib.

Onun sözlərinə görə, mərkəzdə nümayiş etdirilən Azərbaycan musiqi irsini əks etdirən qədim musiqi alətlərinin tarixi, xüsusiyyətləri barədə ətraflı məlumatlar ziyarətçilər üçün əlçatan olacaq. Neçə illərdir bu güşə BMM-də yaradılıb. Sadəcə daha əlçatan və turistlərə açıq olması üçün yaxın zamanlarda muzey kimi fəaliyyətə başlayacaq.

“Gələcəkdə də bu istiqamətdə layihələrə davam edərək muğam sənətinin zəngin ənənələrini qorumağı, onu müasir təqdimat formaları ilə gənc nəsilə daha yaxın etməyi, gənc istedadların üzə çıxarılmasına və peşəkar inkişafına dəstək göstərməyi əsas məqsədlərimizdən biri hesab edirik. Bu layihələr vasitəsilə muğamın həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə tanıdılması və sevilməsi üçün ardıcıl addımlar atılacaq”, - deyə direktor qeyd edib.

Seçilən
76
azertag.az

1Mənbələr