AZ

Yaradıcılıq İttifaqları peşə təşkilatıdır, amma QHT kimi qeydə alınıblar - Sahib Məmmədov

Bütün problem də burdadır. Azərbaycanda hazırda 3 peşə təşkilatı mövcuddur. Vəkillər Kollegiyası, Auditorlar Palatası və Mediasiya Şurası. Bu peşə təşkilatlarında QHT-lərdən fərqli olaraq üzvlük məcburidir. Üzv olmasan bu peşə ilə məşğul ola bilməzsən. Ona görə peşə təşkilatları ictimai birlik saylmır. Onlar özünüidarə edən (self-government) qurumlardır və publik hüququn subyektləridir. Yaradıcılıq birliklərində də belə olmalıdır. Bu üç təşkilatdakı kimi qanunvericiliklə müəyyən olunan qəbul qaydaları, üzvlükdən çıxarma qaydaları və s. Adı gedən peşə təşkilatlarında üzvlük haqqını müəyyən müddət üzürsüz səbəbdən ödəməyəndə həmin şəxsi üzvlükdən çıxarırlar və bu qanunla müəyyən olunub.

QHT.az xəbər verir ki, bu sözləri Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov bildirib. Onun sözlərinə görə, mən hələ 2009-cu ildə bir siyasət sənədi hazırlamışdım (Açıq Cəmiyyət İnstitutunun maliyyəsi ilə). O zaman yaradıcılıq birliklərinin və digər peşə sahələrinin peşə təşkilatlarının birləşməsi, üzvlüyün məcburi olması və peşələr üzrə özünüidarəetmənin belə qurumlara verilməsinin yollarını göstərmişdim.

"Xüsusən yaradıcılıq birliklərinin QHT formatında qalması çox ciddi problemlər yaradır. Üzvlük haqqı toplaya bilmirlər, kim iki tablo, 3 hekayə yazbsa qəbul olunur bu təşkilatlara. 2009-cu ildə hazırladığım siyasət sənədini paylaşıram. Kimin üçün maraqlıdırsa baxa bilər".

Seçilən
22
qht.az

1Mənbələr