Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
ABŞ Nümayəndələr Palatasının Texasdan olan üzvü Pat Fallon dini lider Əli Xameneyiyə İranı tərk etməsi barədə çağırış edib.
"Cebheinfo.az" xəbər verir ki, o, özünün “X” sosial şəbəkəsində yazıb: "Xameneyi və onun yaxın silahdaşlarının fürsətləri olduğu müddətdə İranı tərk etmələri yaxşı olardı".
Senator Lindsi Qraham da “X” sosial platformasında İran xalqına müraciət edərək bildirib ki, Tramp Obama deyil: "O, dəhşətli zülmə son qoymağa çalışarkən sizi dəstəkləyəcək".
Senator İranı və onun rəhbərliyini “zorakı dini nasist rejimi" adlandırıb: "Terrorçuları dəstəkləyən, zorakı dini nasist rejiminin rəhbərliyinə: İran üzərində patoloji nəzarətinizi qorumaq üçün öz xalqınızı öldürməyə davam etsəniz, ölü olaraq oyanacaqsınız".
Senator Lindsi Qrem müraciətində onu da bildirib ki, əgər Trampa qarşı cəfəngiyyat danışsalar, bunub cavabını alacaqlar: "Prezident Trampa meydan oxuyan quldurlar, diktatorlar, zorakılar və qatillər bu dünyada uzun müddət qalmayacaqlar".
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.