AZ

Sinəmdə Ulu Öndərin əksi olan nişanı daşıyacağam Müğənni

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məşhur müğənni Mustafa Sandal Türk Hava Yollarının (THY) Mustafa Kamal Atatürk və Türkiyə bayrağı ilə bağlı qadağasına etiraz edib.

Kult.az xəbər verir ki, bu barədə müğənninin paylaşımında qeyd olunub.

“Madam ki, Türk Hava Yolları personalına qadağan edib, sərnişin olaraq mən bundan sonra Türk Hava Yolları ilə hər səfərimdə sinəmdə şanlı Türkiyə bayrağı və Ulu Öndər Atatürkün əksi olan nişanı daşıyacağam”, - o yazıb.

Qeyd edək ki, Türk Hava Yolları (THY) işçilərinin geyim qaydalarına dəyişiklik edib. Yeni qaydalara görə, personal yalnız üzərində THY-nin loqosu olan nişan taxa bilər. Qərardan əvvəl isə THY işçiləri Türkiyə bayrağı və M.K.Atatürkün təsviri olan nişanlar da taxırdılar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
95
axar.az

1Mənbələr