AZ

Brüssel Ukraynaya "Oreşnik" zərbəsini AB və ABŞ üçün xəbərdarlıq hesab edir

Brüssel Ukraynaya "Oreşnik" zərbəsini AB və ABŞ üçün xəbərdarlıq hesab edir

Brüssel Ukraynaya "Oreşnik" zərbəsini Avropa Birliyi və ABŞ üçün xəbərdarlıq hesab edir.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Anita Hipper Brüsseldə keçirilən brifinqdə bildirib. O qeyd edib ki, Brüssel Ukraynaya hərbi yardım göstərməyə davam etmək niyyətindədir.

"Oreşnik" raket sisteminin istifadəsi ilə bağlı məlumatlar eskalasiya və Avropaya, ABŞ-a açıq bir xəbərdarlıqdır. AB Ukraynaya hərbi dəstəyini davam etdirmək və könüllülər koalisiyası tərəfindən müzakirə edilən növbəti addımlara hazırlaşmaq niyyətindədir, - deyə Hipper əlavə edib.

Seçilən
7
afn.az

1Mənbələr