AZ

NAT və NLP ilə Şüuraltı Dəyişmə Qərənfil Ağalarovanın praktiki yanaşması

NAT və NLP ilə Şüuraltı Dəyişmə
Qərənfil Ağalarovanın praktiki yanaşması
Sürətlə dəyişən dünyanın sürəti, dəyişimiylə ayaqlaşmaq dövrümüz insanları üçün çətinləşib.Həm maddi həm mənəvi məsələlərin qarşısında insanla özlərini gücsüz, çarəsiz hiss edirlər. Fərqli baxış acılarıyla məslələrini həll etməyə çalışırlar.Bəzi insanlar sadəcə yetəri qədər pulun olması bütün məsələlərini həll edəcəyini düşünür.Yetəri qədər pulu olanlar isə bəlkə maddi sahədə bunun yetərli olduğunun, ancaq mənəvi sıxıntıları həll etmədiyinin şahidi olurlar.İnsan hər zaman maddi və mənəvi məsələlərinin davamlı həllini axtarıb.Bu həllin isə hər zaman çöl səbəblərdə olduğunu zənn ediblər.Əslində isə sən demə hər məsələ zehnimizin məhsulu olduğu kimi həlli də zehnimizdəymiş.Həm də şüurlatı zehnimizdə. Bu barədə müsahibimiz Şüuraltı dəyişim ustası,NAT Master Qərənfil Ağalarova ilə danışacağıq.
-Qərənfil xanım,sizi şüuraltı və insanın daxili dəyişim sahəsinə gətirən əsas dönüş nöqtəsi nə oldu?
-Əvvəla onu deyim ki, hər kəs kimi mən də həyat təcrübəmdə yaxşı və acılı, çətin anlar yaşamışam. Təcrübəsizlik və ən əsas bilgisilik olub ki, neqativ halları mən də acı ,sıxıntı olaraq yaşamışam.Bu halların əslində öyrədici olduğuna köklənməmişəm.BU da təbii ki, duyğusal sarsıntılara,həyatımda bloklara səbəb olub.Çətinlik döngüsündə eyni çətinlikləri yaşamağım normal olmadığını anladım.Bunun həlli yolunu axtararkən Şüuraltı metodikayla tanış oldum.Bir rəfiqəm belə bir metodika olduğunu,bu təlimləri keçərək həm özümə həm insanlığa faydalı olacağımı dedi.Təbii ki, rəfiqəm potensiallarımı, bacarıqlarımı bilən mütəxəssis idi.
-Bu gün “NAT” anlayışı Azərbaycanda və dünyada yeni-yeni tanınır. Siz NAT-ı bir cümlə ilə necə izah edərdiniz?
-NAT insanı, onda olan sistemləri, potensialları, bacarıqlarını ona tanıdan, ona mane olan,həyatını yaşanmaz hala gətirən sıxıntıları, məsələləri həm zehinindən, həm duyğularından,həm enerjisindən arındırıb təmizləyən, köklü dəyişimi yaradan şüuraltı metodikadır.
-NLP ilə NAT arasında əsas fərq nədədir və niyə siz bu iki metodu birlikdə tətbiq edirsiniz?
-NAT bir metodika olaraq NLP əsaslıdır. NLP dən sonra elmi nailiyyətlər və yeni yeni texnikalar əlavə edilərək çox gözəl sistemləşdirillib. İndi daha əhatəli və daha faydalı hala gətirilib.NAT-ı həyatınızın bütün sahələrinə tətbiq edib tez, asan, effektiv, qalıcı nəticələr əldə edə bilirik.
-Qərənfil xanım,sizcə insanlar niyə illərlə fərdi inkişafla məşğul olsa da real dəyişimi hiss etmirlər?
-Deməzdim nəticə əldə etmirlər.Sadəcə dəyişimə qərar verərkən düzgün metodikanı seçmək lazımdı.Ucuz reklamlar aldanmaq resurs itkisi olur.Nəticədə pulunuz və zamananınız gedir az nəticə əldə edirsiz.Seçim edərkən diqqət etməli məqamlar var.
-Hansı məqamlardı onlar? Oxucularımızı bilgiləndirsəz əla olardı.
-Əsas, elə bir metodika olmalıdır ki, o metodika ilə həm travmaları neytrallaşdırmaq,həm neqativ duyğuları təmizləmək, həm zehində dəyişim etmək, həm düşüncə qəlibini dəyişmək mümkün olsun.Həm özümzün fiziki,psixoloji sağlamlığımıza, həm münasibətlərimizdə ahəng, sülh, sevgi yaranmasına, həm karyeramızda, həm maliyyə sahəmizdə uğurlar əldə etməkdə bizə tez,asan, effektiv, qalıcı nəticələr yaratsın.Təkcə bir sahəni işləmək arzu olunan nəticə vermir. Məsələn enerji çalışmaları inanc dəyişməzsə, neqativ duyğu təmizlənməzsə qalıcı effektiv nəticə verməz. NAT bu baxımdan əvəzsiz metodikadır.
-Qərənfil xanım NAT-ı başqa hansı səbəblərə görə seçməyi tövsiyyə edərdi? Söhbət mütəxəssis olmaq istəyənlərdən gedir.
– NAT praktik olaraq da asan tətbiq olunan metodikadır.Onun texnikaları seanslarda sürətli,effektiv, qalıcı nəticələr əldə etdiyi üçün qısa müddətdə böyük nəticələr əldə etməyə səbəb olur.Bu baxımdan psixologiya sahəsində çalışan mütəxəssislər üçün əvəzsiz metodikadır.
-Təşəkkür edirəm, Qərənfil xanım.Silsilə məqalələrimiz davam edəcək.Oxucularımız izləməkdə qalsalar şüuraltı dəyişimlə bağlı silsilə müsahibəmizdə geniş məlumat əldə edə biləcəklər.

Seçilən
5
7times.az

1Mənbələr