AZ

TƏBİB-in xəstəxana və poliklinikaları 14 yaşlı uşağın həyatıyla belə oynadı – FAKT

[center][/center]

Dövlət xəstəxana və poliklinikaları ayağına mismar batmış 14 yaşlı uşaq üçün tüklərini tərpətmək istəmirlər. Kağıza da sağ ayaq dedim, sol ayaq yazdılar. Sonra deyirlər, niyə uzman həkimlərə gedirsiniz, niyə özəl müəssisələrə gedirsiniz, bizi bəyənmirsiniz? Əcəb edirik!

Azərbaycan səhiyyəsi özü qara yaradır — çərdir, azardır, düşüb canımıza. Ən dərin nifrət hissinə layiqsiniz!

Tribuna.az xəbər verir ki, bu sözləri jurnalist, tərcüməçi Nərmin Hüseynzadə ayağına mismar batan qızını apardığı xəstəxana və poliklinikalarda gördüyü münasibət barədə yazdığı statusda bildirib. O qeyd edib ki, dövlət xəstəxanalarında vurulmalı olan iynəni heç bir xəstəxana və poliklinika vurmaq istəməyib:

“Dənizin ayağına günorta mismar batıb. 13 saylı Poliklinika ilə əlaqə saxladım, məlumat verdim ki, tetanus iynəsi vurdurmaq lazımdır . Bir saat telefona asılı qaldım. Sonra bir xanım ərincək-ərincək cavab verdi, dedi ki, cərrah yoxdur, vura bilmərik. Aparın 5 nömrəli poliklinikaya.

5 nömrəli poliklinikadakı xanım cərrah sözünü elə bil ilk dəfə məndən eşitdi. Dedi: Nə cərrah? Heç kim yoxdur burda, bu vaxt nə cərrah? Saat 14–15 arası idi. Deyirəm, xanım, mismara deyim saat 12-yə qədər bata bilərsən uşağın ayağına? Bu nə rəzillikdir? Elə də təəccübləndi, sanki mebel sexində cərrah axtarıram. 3-4 özəl xəstəxana ilə əlaqə saxladım, dedilər bu iynə dövlət xəstəxanasında vurulmalıdır.

Poliklinikaya təklif elədim ki, özəldə cərraha aparım, müayinə etdirim, iynəni siz vurun. Dedi: “nırç”. İlahi, bu insanlar zərrə qədər kömək etmək istəmir. İş etikası bir yana, insani hisslərini də itiriblər. 14 yaşlı uşaq üçün tüklərini tərpətmək istəmirlər.

Abşeron Tibb Mərkəzi ümumiyyətlə heç bir halda əlaqəyə açıq deyil, ən az mənim qədər assosialdır. Masazırda başlayan yolçuluğumu nəhayət Respublika Təcili Yardım şöbəsində tamamladım.

Cərrah gözünün ucu ilə də uşağa baxmadı, qeydiyyatdan birbaşa sarğı otağına göndərdilər. Mən yenə öz imkanlarımla uşağın yarasını başqa yerdə cərraha göstərdim ki, içim rahat olsun. Əgər bu iynəni cərrah baxmadan vuracaqdınızsa, mən niyə 2 saat yollarda qalmışam?

Kağıza da sağ ayaq dedim, sol yazdılar. Sonra deyirlər, niyə uzman həkimlərə gedirsiniz, niyə özəl müəssisələrə gedirsiniz, bizi bəyənmirsiniz? Əcəb edirik!

Azərbaycan səhiyyəsi özü qara yaradır — çərdir, azardır, düşüb canımıza. Ən dərin nifrət hissinə layiqsiniz!”.

Tribuna.az

[center][/center]

Seçilən
20
1
yenisoz.az

2Mənbələr