Tehran meri Əlireza Zakani yanvarın 8-dən 9-a keçən gecə İran paytaxtında olmuş hadisələri "terror aktları" adlandırıb.
"Yeni Sabah" IRIB-ə istinadla xəbər verir ki, o, kütləvi iğtişaşlarda dəyən ziyanı açıqlayıb:
"Vandallar 42 avtobusu, ictimai nəqliyyatı və təcili yardım maşınlarını, 10 dövlət idarəsini və 24 yaşayış binasını yandırıblar".
Telegram kanalımız