AZ

“Mançester Siti”ni tərk etmək istəmir - Misirli hücumçu

“Mançester Siti”nin hücumçusu Omar Marmuş yaxın gələcəkdə klubu tərk etməyi planlaşdırmır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu “şəhərlilər”in əsas heyətində daimi yer qazanmasa da, yanvar transfer pəncərəsində başqa komandaya keçmək niyyətində deyil.

Misirli forvard “Mançester Siti”də qalaraq əsas heyət uğrunda mübarizəni davam etdirmək istəyir.

O, hələ də bir sıra nüfuzlu klubların maraq dairəsindədir. Hücumçu ilə ən ciddi maraqlanan klub kimi “Tottenhem” göstərilsə də, hansısa danışıqların aparılması barədə hələlik rəsmi məlumat yoxdur.

Marmuş cari mövsümdə “Mançester Siti”nin heyətində 19 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

Seçilən
26
sportinfo.az

1Mənbələr